Azərbaycanlı müğənnilərin ƏL YANDIRAN TOY QİYMƏTLƏRİ: 15000-20000 AZN - FOTO - SİYAHI
Admin 16-noy, 16:10
Azərbaycanlı müğənnilərin ƏL YANDIRAN TOY QİYMƏTLƏRİ: 15000-20000 AZN - FOTO - SİYAHI
Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.1PRESS.AZ saytı olaraq bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırdıq. Məlum oldu ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.
BAKU.WS tanınmış müğənnilərin toy qiymətlərini təqdim edir:
Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.


Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.













