Özündən 20 yaş böyük kişiyə ərə getdi, gənc oğlanla şəkli yayıldı - Almaz Ələsgərli haqqında faktlar... - FOTO
Admin 03-mar, 17:05
Özündən 20 yaş böyük kişiyə ərə getdi, gənc oğlanla şəkli yayıldı - Almaz Ələsgərli haqqında faktlar... - FOTO
1PRESS.AZ Kulis.az-a istinadən müğənni, Əməkdar artist Almaz Ələsgərli haqqında maraqlı faktları təqdim edib.Almaz Ramiz qızı Ələsgərova 6 oktyabr 1966-cı ildə Bakı şəhərinin Bakıxanov qəsəbəsində anadan olub. Almaz xanım ailənin beşinci uşağı, sonbeşiyi olub.
Erkən yaşda musiqiyə həvəs göstərən Almaz xanım 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsinə qəbul olub və orada təhsil alıb. Bir müddət Azərbaycan Dövlət Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərib.


1988-ci ildə Almaz Ələsgərli 4-cü kursda oxuyanda, bəstəkar Vaqif Gərayzadənin bəstələdiyi “Səni axtara-axtara” mahnısını Alim Qasımovla duet şəklində ifa edib. Bu mahnı hər iki müğənniyə böyük uğur gətirib.
Ancaq sonralar, öz sözlərinə görə, yorulduğundan Rəşid Behbudov adına Mahnı Teatrında işləməyə başlayıb. Rəşid Behbudov onun səsini dinlədikdən sonra - “get, ərizə yaz, mən səni teatrda işə götürürəm”, - deyib. Üç il teatrda işləyəndən sonra Rəşid Behbudov dünyasını dəyişib, müğənni də teatrdan uzaqlaşıb.
Ancaq sonralar, öz sözlərinə görə, yorulduğundan Rəşid Behbudov adına Mahnı Teatrında işləməyə başlayıb. Rəşid Behbudov onun səsini dinlədikdən sonra - “get, ərizə yaz, mən səni teatrda işə götürürəm”, - deyib. Üç il teatrda işləyəndən sonra Rəşid Behbudov dünyasını dəyişib, müğənni də teatrdan uzaqlaşıb.

“Anam, bacılarım heç bir halda istəmirdilər mən onunla ailə qurum. Onlar bizə elçi gələndə, anam dedi, mən elçilərin qarşısına çıxmayacağam. O, həm də istəyirdi ki, mən sənətimi davam etdirim. Amma mən onu sevirdim. Heç kimə qulaq asmadım, ona getdim, amma sonra alınmadı. Qızlarım sevgidən doğuldu. Ancaq dörd il sonra biz ayrıldıq. O, sonra qızları ilə maraqlanmadı. Qızlarım bir-iki dəfə onun evinə getdilər, sonra getmək istəmədilər. Dedilər, biz getmirik. Bəlkə də, onun yoldaşı razı olmayıb. Amma mən həmişə qızlarıma demişəm ki, atanızı axtarın, zəng vurun. İndi o, yoxdur, qızlarım atalarını unutmurlar. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır. Atasız uşaq böyütmək çox çətindir. Mənim uşaqlarım var, yox nədir bilirlər. Bizim sənətdə həm müğənni olmaq, həm də qadın, ev olmaq çox çətindir”.

2014-cü ildə Əməkdar artist Almaz Ələsgərova ilə gənc müğənni Ramalın birgə fotosu yayılıb. Sosial şəbəkədə paylaşılan bu foto istifadəçilərin böyük marağına səbəb olub. Almaz Ələsgərova məsələyə münasibət bildirərkən Ramalla sevgili olduğunu nə təsdiq, nə də təkzib edib:

Bir neçə il əvvəl müğənninin səs tellərində problem yaranıb. Müxtəlif ölkələrdə həkimlərin qəbuluna gedən müğənniyə həkimlər səs tellərində yorğunluq olduğunu, dincəlmək lazım gəldiyini deyiblər. Bu səbəbdən də, Almaz xanım efirlərdən uzaqlaşmalı, sənətdən ayrılmalı olub. Bu barədə o deyib:

Müğənninin iki qızı ailə qursa da, sonradan onların ailəsində yaranan problemlərə görə hər iki qızı boşanıb.


Almaz Ələsgərli 1988-ci ildə “Bakı payızı-88” estrada artistləri müsabiqəsinin laureatı olub. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Yaxşıların yaxşısı-2000” müstəqil musiqi mükafatı olan “İlin ən yaxşı qadın müğənnisi” adına layiq görülüb.
