Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB +  VİDEO
Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.
1Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 
O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb:
“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.


09:44

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. 
1Press.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

***
Bakıda avtobusda sərnişinlər arasında əlbəyaxa dava düşüb. 
1Press.az bildirir ki, bu barədə görüntülər sosial-şəbəkələrdə yayılıb. 
Görüntülərə əsasən avtobusda olan orta yaşlı kişi gənc oğlanı yerə yıxaraq döyüb. 
Avtobusda olan qadın sərnişinlər vəziyyətə müdaxilə edərək, gənci həmin kişinin əlindən ala biliblər.
Sözügedən görüntüləri təqdim edirik.

Şərhlər (0)

şərh əlavə et